• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 732
— 29.10.2014 10:46

Futbol üzrə İngiltərə Liqa kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir

Baş tutan görüşlərdə premyerliqa nəhənglərindən "Çelsi" və "Liverpul" qələbə qazanaraq, növbəti mərhələyə adlayıb.

 

"Çelsi" səfərdə "Şrevsböri" kollektivi ilə qarşılaşıb. İlk hissəsi sönük məcrada keçən görüşdə hesab ikinci yarıda açılıb. "Zadəganlar"ın heyətində Didye Droqba hücumu qolla tamamlayıb. 77-ci dəqiqədə meydan sahibləri status kvonu bərpa ediblər. Andrey Manqan cərimə meydançası daxilində yaranan qarşıqılıqdan maksimum yararlanıb. Ancaq London klubu 3 dəqiqə sonra qələbə qolunu vura bilib. "Şrevsböri"nin heyətində Qrandonson topu öz qapısına göndərərək "Çelsi"nin 2:1 hesablı qələbəsinə yardımçı olub.

 

Eyni hesabla bitən digər matçda "Liverpul" evdə "Suonsi Siti"dən güclü olub. Hərçənd ki, oyunda ilk qol qonaqların aktivinə yazılıb. 66-cı dəqiqədə Marvin Emnes "mersesaydları" oyuna mərkəzdən başlamağa məcbur edib. Son dəqiqələrdə fəallaşan meydan sahibləri iki qol vurmağa nail olub. Müvafiq olaraq 86-cı dəqiqədə Mario Balotelli və görüşün sonuna əlavə olunan dəqiqələrdə Deyan Lovren diqqət mərkəzinə düşərək "Liverpul"a 2:1 hesablı əzmkar qələbə qazandırıb.