Bu günə xəbərlərin oxunma sayı: 1295
— 18.12.2016 14:27

II “Salxım” uğrunda 8 şəhər rayon mübarizə aparır

Gəncədə II "Salxım" Dequstasiya Müsabiqəsi keçirilir. Məqsəd şərab istehlakı mədəniyyətini formalaşdırmaq, çaxır ənənələrini qoruyub saxlamaq, təbliğ etmək, yerli çaxır bazarı iştirakçılarını birləşdirmək, çaxır məhsullarını nümayiş etdirmək, yerli məhsulların xarici bazarlara çıxarılmasına dəstək verməkdir. Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən müsabiqədə Gəncə, Qəbələ, Şəki, Tovuz, Şəmkir, Ağsu, Göygöy və Abşeronda yerləşən müəssisələrin istehsalı olan 30 növ şərab 16 beynəlxalq və yerli münsif tərəfindən 100 ballıq sistemlə qiymətləndirilir. Bununla yanaşı kulinariya şousu, Gəncənin təndir çörəyi və yerli pendirlərin dequstasiyası da baş tutacaq. Nəticələr sabah "IV Beynəlxalq Şərab Festivalı”nın açılış mərasimində elan olunacaq. Festival Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, İqtisadiyyat, Kənd Təsərrüfatı, Mədəniyyət və Turizm Nazirliklərinin, Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının dəstəyilə keçirilir.

Xəyalə Mürsəl