• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2036
— 17.12.2016 16:00

Gəncədə köhnə liftlər yeniləri ilə əvəzlənəcək

KepezTV Player

Gələn ildən etibarən Gəncədə sovet dönəmindən qalma və istismar müddətini başa vuran sərnişin liftləri qalmayacaq. Belə qurğuların yenilənməsi dövlət proqramına əsasən həyata keçiriləcək. 62 lift Türkiyə istehsalı olan yeni liftlərlə əvəzlənəcək. İstismar müddətini başa vuran liftlər şəhərin əsasən Yeni Gəncə və Abbas Səhhət yaşayış massivindədir. Hazırda Gəncə şəhəri üzrə 194 lift istismar olunur ki, bunlardan da 2005-2006-cı illərdə 36-sı Belarus istehsalı olan elektron liftlərlə, 2013-cü ildə isə daha 70 lift Türkiyə istehsalı olan qurğularla dəyişdirilib. Təhlükəsizliyin təmin olunması məqsədi ilə gələcəkdə liftlərdə müşahidə kameralarının quraşdırılması da nəzərdə tutulub. Liftdən istifadə isə hər mənzil üçün 2 manatdan hesablanır. Görülən işlərə rəğmən şəhərin bəzi ərazilərində fəaliyyət göstərən liftlərdəki nasazlıqlar vətəndaşların narazılığına səbəb olur.

Bəybala Şamilov -Gəncə Şəhər MKTİB-nin şöbə müdiri: “Liftlərin tez sıradan çıxmasının müəyyən səbəbləri var. 1-ci səbəb kimi bəzi liftlərin istismar müddətini başa vurmasıdır. Digər səbəb isə vətəndaşların liftlərə yersiz müdaxilələridir. Deyək ki, liftdə hər hansısa bir nasazlıq yaranıb, vətəndaş lift şöbəsinə müraciət etmək əvəzinə, özü- özlüyündə qərar verir ki, lifti mən özüm təmir edəcəm”.

Elton Cabbarlı