Bu günə xəbərlərin oxunma sayı: 1451
— 17.12.2016 15:59

Son dövrdə siçanabənzər gəmiricilərin sahələrə kütləvi hücumu müşahidə olunur

KepezTV Player

Aparılan araşdırmalar göstərir ki, son dövrdə siçanabənzər gəmiricilərin sahələrə kütləvi hücumu müşahidə olunur. Bu, sadəcə Azərbaycan yox, qonşu ölkələrdə də belədir. Məhsula ziyan vuran gəmiricilərə qarşı mübarizədə isə istənilən nəticənin əldə edilməməsi subyektiv amillərlə də bağlıdır. 

Siçanabənzər gəmiricilərə qarşı mübarizə iki: aqrotexniki və kimyəvi qaydada aparılır. 1-cidə sahə şumlanmalı, daha sonra suvarılmalıdır. Bu halda yuvalar arasında olan əlaqə kəsilir ki, bu da gəmiricilərin fəaliyyətini lokallaşdırır. Əgər həyata keçirilən aqrotexniki mübarizə nəticəsiz qalarsa və zərərvericilərin sayı, iqtisadi ziyanvurma həddindən yüksək olarsa, bu zaman kimyəvi mübarizə qaçılmazdır. 

Taxıl sahələrində gəmiricilərin işlək yuvalarının sayı 100-150-dən, yonca sahələrində isə 150-200-dən artıq olarsa, bu artıq iqtisadi ziyanvurma həddini keçmək deməkdir. Hazırda respublika ərazisindəki vəziyyət də məhz bu cürdür. Bunu həm mütəxəssislər, həm də təsərrüfat sahibləri təsdiqləyir.

Aparılan mübarizə tədbirlərinin bir o qədər də səmərə verməməsi isə təsərrüfatçıların düzgün aparmadığı mübarizənin nəticəsi olaraq qiymətləndirilir. Mübarizə üçün dövlət tərəfindən kimyəvi preparatlar verilsə də aldadıcı yemin hazırlanaraq sahələrə səpilməsi fermerlərin öhtəsindədir. 

 Bu faktı təsərrüfat sahibləri özləri də təsdiqləyir.

Mütəxəssislər deyir ki, siçanabənzər gəmiricilərin sayının artmasına istifadəsiz qalan torpaqlar da təsir edir. Həmin ərazidə çoxalan gəmirici, əkin aparılan torpaqlara keçir və məhsula ziyan vurur.

Mütəxəssislər də problemin həllindəki son nöqtəni fermerlərin kompleks tədbirlərində görür. 

Gülnar Fazilqızı