Bu günə xəbərlərin oxunma sayı: 1164
— 17.12.2016 10:50

Nobel alan müsəlmanlar

KepezTV Player

Ənvər Sadat

İlk müsəlman Nobel laureatı 1970-1981 illər arası Misirə rəhbərlik edən Ənvər Sadatdır. O, Nobel Sülh Mükafatını 1978-ci ildə İsrailin Baş Naziri Menahem Beginlə birlikdə “Kemp-Deviddə imzalanan Yaxın Şərqdə sülh prosesi haqqında ikitərəfli razılaşmalara və Misirlə İsrail arasında sülhə verdikləri töhfəyə görə” alıb. İmzaladığı sülh müqaviləsi ölkəsində ciddi etirazlarla qarşılanan prezident 1982-ci ildə hərbi parad zamanı öldürülüb.

Abdus Salam

1979-cu ildə Fizika üzrə nobel Mükafatını Pakistan əsilli  alim Abdus Salam Şeldon Li Qleşou və Stiven Vaynberqlə birgə fəaliyyəti nəticəsində əldə edib. Bu alimə mükafat “elementar hissəciklər arasında vahid zəif və elektromaqnit qarşılıqlı təsiri teoriyası, eyni zamanda zəif neytral carilərin proqnozlaşdırılmasına verdiyi töhfəyə” görə verilib.

Nəcib Məhfuz

Ədəbiyyat üzrə Nobel alan ilk müsəlman yazıçı Nəcib Məhfuzdur.  O, əsərlərini ərəb dilində yazırdı və yalnız fransız dilinə tərcümə olunandan sonra dünya tərəfindən kəşf edilib.  Ən məşhur əsəri “Qahirə trilogiyası”-dır.  1988-ci ildə isə yazıçı Nobel mükafatına layiq görülüb.

Yasir Ərəfat

1994-cü ildə Nobel Sülh Mükafatı Fələstinin lideri Yasir Ərəfata təqdim olundu. O, bu mükafatı İsrailin siyasətçiləri İshak Rabin və Şimon Pereslə birgə “Yaxın Şərqdə sülhün bərqərar olunmasına verdiyi töhfəyə görə” alıb. Ənvər Sadat kimi ölkəsində ciddi təqiblərə məruz qalan siyasətçiyə dəfələrlə sui-qəsd olunub. Fələstin milli muxtariyyatının birinci rəhbəri olan Yasir Ərəfat 2004-cü ildə Fransada vəfat edib. 

Əhməd Zəvail

Kimya sahəsi üzrə Nobel Mükafatını almaq misirli alim Əhməd Zəvailə nəsib olub.  O, 1999-cu  Nobel Mükafatına layiq görülüb. Zəvail elm aləmində femtokimyanın əsasını qoyan alim kimi tanınır.

 

Şirin İbadi

İlk müsəlman qadın Nobel mükafatçısı  iranlı hüquq müdafiəçisi Şirin İbadi-dir . Şirin İbadi “İranda insan hüquqları, xüsusən qadın və uşaq hüquqları uğrunda mübarizəyə verdiyi töhfələrə görə” mükafatı qazanıb. İbadi çıxışlarında öz islamsevərliyi və vətənpərvərliyi ilə seçilib.

Məhəmməd  Əl-Baradey

Siyasətçi Əl-Baradey Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə birgə “nüvə silahının hərbi məqsədlərlə istifadə edilməsinin qarşısının alınması və dinc məqsədlər üçün istifadə edildiyi tədqirdə maksimal təhlükəsizliyin təmin edilməsində səylərə görə” mükafatı alıb. O, bir vaxtlar Misir prezidenti postunu tutmaq istəsə də, sonra seçkilərdə iştirak etməkdən imtina edib.

Yunis Məhəmməd

Banqladeşdən olan Yunis Məhəmməd özünün yaratdığı "Grameen bank"la birgə “aşağıdan iqtisadi və sosial inkişafın yaradılması istiqamətindəki səylərinə görə” Nobel Sülh mükafatına layiq görülüb. O iqtisad elmləri üzrə professordur və yoxsullar üçan mikro-kreditlərin verilməsi, eyni zamanda “kənd hakimiyyəti” ideyalarının müəllifidir.

Orxan Pamuk

Nobel Mükafatı alan ilk Türkiyəli isə “Mənim adım qırmızı” əsəri ilə məşhur olan Orxan Pamukdur. 2006-cı ildə o bu mükafatı “öz doğma şəhərinin melanxolik ruhunu axtararkən mədəniyyətlərin toqquşmasına və qarışmasına səbəb olan yeni işarələr tapdığına görə” alıb.

Ellen Conson-Syorlif, Qbovi Leyma və Karaman

2011-ci ildə mükafat qrup halında Liberiyalı Ellen Conson-Syorlif, Qbovi Leyma və Yəməndən olan Karamana “sülhməramlılıq fəaliyətində və qadınların hüquq və azadlıqları, təhlükəsizliyinin təmin olunması uğrunda apardıqları mübarizəyə görə” təqdim olunub.

Məlalə Yusəfzay 

Əslən Pakistanın Svat bölgəsinin Minqora şəhərindən olan Məlalə, Taliban hərəkatının Svat vadisində qızların məktəbdə oxumasına qoyduğu qadağaya qarşı fəal mübarizəsi ilə tanınır. Məlalə 2009-cu ildə, hələ 11 yaşında ikən Təhriki-Taliban rejiminin nəzarəti altında olan bölgədəki yaşayışı və Talibanın vəhşilikləri barədə BBC üçün yazmağa başladığı bloqun hesabına məşhurlaşıb. 2014-cü ildə isə Nobel Sülh mükafatına layiq görülüb.

Əziz Sancar

1946-cı ildə Türkiyənin ərəb dilli Savur şəhrində doğulan Əziz Sancar milliyətcə türkdür. 2015–ci ildə Kimya üzrə Nobel mükafatını qazanan alim, bu  mükafatı şəxsi istəyi ilə Anıtqəbirə bağışlayıb.

İşgüzar Almaz