• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1715
— 16.12.2016 14:58

ATU-da tələbələrin bilikləri bələdiyyə hüquqlarının öyrənilməsi istiqamətində sınanıb

KepezTV Player

Azərbaycan Texnologiya Universitetində təhsil alan tələbələrin bilikləri yerli özünüidarəetmə orqanlarının fəaliyyət sferası və bələdiyyə hüquqlarının öyrənilməsi istiqamətində sınanıb. 5 komandanın mübarizə apardığı yarışda bələdiyyə sistemi yaradılandan bu günədək olan dövrü əhatə edən sullar cavablandırılıb. Sualların çətinlik dərəcəsi və gərginlik tələbələr arasında daha güclünü ayırd etməyə hesablanıb. Yarışın qalibi olan “Kəpəz” komandasına, eləcə də iştirakçılara xüsusi hədiyyələr verilib.

Fizuli Məmmədov- ATU-nın kafedra müdiri: “Hədəfimiz kafedramızda fəaliyyət göstərən, Dövlət və Bələdiyyə İdarəetmə ixtisasında təhsil alan tələbələrin nəzəri və təcrübi biliklərini bir daha yoxlamaqdır. Məqsədimiz isə bələdiyyə orqanlarına yüksək keyfiyyətli bələdiyyəçilər yetişdirməkdir”.

Elton Cabbarlı