Bu günə xəbərlərin oxunma sayı: 1314
— 16.12.2016 15:52

Göygöldə 16 kənd təsərrüfatı texnikası fermerlərin istifadəsinə verildi

KepezTV Player

Bu gün Göygöldə daha 16 kənd təsərrüfatı texnikası fermerlərin istifadəsinə verilib. Bununla da qərb bölgəsi üzrə 61 nəfərə Aqrolizinq yolu ilə aldığı 103 texnika üçün 840 min manatdan çox güzəşt edilib. Nazir Heydər Əsədov jurnalistlərin suallarını cavablandırarkən qaz və işıq kimi kommunal xərclərin artmasının istixanaların fəaliyyətinə təsirindən danışıb.

Heydər Əsədov- kənd təsərrüfatı naziri: “Bu sahənin iqtisadiyyatı tərəfimizdən təhlil olunub. İstixanalar kifayət qədər rentabelliklə işləyən sahələrdir. Qiymətin qaldırılması ola bilər ki, gəlirlilik dərəcəsinin aşağı salınmasına səbəb ola bilsin. Amma o sahənin qeyri-rentabelli işləməsinə səbəb ola bilməz, çünki kifayət qədər bazarı var”.
Nazir yeniliklərdən də xəbər verib. Yaxın zamanlarda ölkəyə çuğundur yığımı üçün avadanlıq və kombaynlar da gətiriləcək. Bununla əlaqədar tezliklə tender də elan olunacaq.

Ruhəngiz Hacızadə