Bu günə xəbərlərin oxunma sayı: 902
— 16.12.2016 14:52

Gəncəli peşəkar döyüşçü 2 qat dünya çempionu oldu

KepezTV Player

Gəncəli peşəkar döyüşçü Amil Əliyev növbəti uğuruna imza atıb. İdmançı Ukraynada 8 güşəli rinqdə keçirilən MMA Sanda döyüş növü üzrə dünya çempionatının qalibi olub. Bununla da o, ötən il ABŞ-da əldə etdiyi titulu müdafiə edərək 2 qat dünya çempionu adını qazanıb. Bu yarışla bağlı yığmanın tərkibində 4 gün təlim-məşq toplanışında olan Əliyev 6 ildir ki, peşəkar döyüşlərdə özünü sınayır. Amil həm də Avropa çempionu və Avroasiya çempionatının gümüş mükafatçısıdır. Qarşıda onu daha bir yarış gözləyir. Gəncəli idmançı iki aydan sonra Ukraynada bu dəfə Avropa kubokunda gücünü sınayacaq.

Amil Əliyev- 2 qat dünya çempionu: “Azərbaycan yığması yarışa 10 idmançı ilə qatılmışdı. Mən 95 kq-da ölkəmizi təmsil etdim. Ağır döyüşlər keçirdik. 3 döyüşə çıxdım. İlk olaraq ukraynlı, daha sonra türkiyəli rəqibimə qalib gəldim. Finalda Dağıstan idmançısı ilə qarşılaşıb, dünya çempionu oldum”.   

Azad Rəfi