• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2023
— 16.12.2016 16:28

Qaz və işığa görə texniki şərt pulsuzdur

KepezTV Player

Gəncədə texniki şərt almaqda çətinlik çəkənlər şəhərin icra başçısından kömək istəyib. Əsasən qaz və işıqla təminatla bağlı yaranan belə vəziyyətin vətəndaşların xeyrinə həll edilməsi, eləcə də suyla təchizatın yaxşılaşdırılması barədə əməli tədbirlərin görüləcəyini deyən şəhər rəhbəri Elmar Vəliyev ümumilikdə 50-yə yaxın vətəndaşın şikayətini dinləyib. Səhhəti ilə bağlı problemi olan, ev tikdirməkdə çətinlik çəkən və işlə təminatla bağlı çətinliyi olanların müraciətlərinin araşdırılaraq həlli barədə tapşırıq verilib. Eyni zamanda, şəhərdə olan bütün çoxmərtəbəli yaşayış binalarının dam ötrüklərinin dəyişdirilməsi işinin yekunlaşdırılması da həlli vacib məsələlərdən olub. 

Gülnar Fazilqızı