• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1420
— 15.12.2016 17:24

Gəncədə 4-cü şərab festivalı keçiriləcək, “Avropa Gənclər Paytaxtı 2016” adı təhvil veriləcək

KepezTV Player

Hər 2 tədbirə hazırlıq bu gün şəhər fəalları ilə müzakirə edilib. 18-19 dekabr tarixlərində baş tutacaq festival yerli və xarici şərabların dequstasiyası ilə başlayacaq. Sonrakı günə təsadüf edəcək rəsmi tədbir Kəpəz mehmanxanasının qarşısından başlayacaq və park-bulvar boyu davam edəcək. Burada xalq qəhrəmanlarının rəmzi çıxışı, müxtəlif kollektivlərin ifaları və musiqi nömrələri, milli mətbəx, adət-ənənələr, əl işlərindən ibarət sərgi nümayiş olunacaq. Keçirilən dequstasiya zamanı dadı və keyfiyyəti ilə seçilən nümunələr fərqləndiriləcək. Xarici ölkələrdən olan istehsalçı müəssisələr, səfirlər, rəsmi qonaqların iştirakı ilə konfrans da keçiriləcək. Dekabrın 21-də isə bu il Avropanın Gənclər paytaxtı olan Gəncə, bu titulu Bolqarıstanın Varna şəhərinə verəcək.    

Fərid Mehdizadə