• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1714
— 15.12.2016 17:07

Qərb bölgəsinə yağan qar Şəmkir-Gədəbəy avtomobil yolunda hərəkəti çətinləşdirib

KepezTV Player

Yağan qar yollarda problem yaradıb. Əsasən dağ kəndləri ilə əlaqədə çətinliklər yaşanır. Avtomobillərin hərəkətini təmin etmək üçün yol təsərrüfatı işçiləri tədbirlər görür.Şəmkirin dağ kəndlərində müşahidə olunan şaxtalı hava qarın yağması ilə problemlərə yol açıb. Təbiət hadisəsi Bakı-Qazax magistralı və Şəmkir-Gədəbəy yolunda hərkəti çətinləşdirib.Yolları qardan və buzdan təmizləmək üçün 40 ton duz, 600 kubmetr qum tədarük olunub. Maşın mexanizmlər yollara səfərbər edilib. Bunun nəticəsidir ki, Şəmkir-Gədəbəy avtomobil yolundan gündəlik istifadə edən sürücülər ciddi problemlə üzləşmir.

Rizvan Hacıyev- sürücü: “Hər kəndi tanıyıram. Sadəcə məcburuq, getməliyəm. Zəncirsiz də getmək qeyri-mümkündür”.

Əhməd Rzayev – sürücü: “Zəncirlə gedib gəlirik. İndi də hal-hazırda qumlayırlar”.

Əkbər Mustafayev – sakin: “Yollarda hərəkət bir az çətindir. Biz də Belarusla yolun kənarında kömək üçün dayanmışıq. Yolda qalan olsa kömək edirik”.

Şəmkir rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, qarlı-şaxtalı hava dağ kəndlərinin rabitə, qaz və elektrik təsərrüfatında ciddi fəsadlar yaratmayıb.

Natiq Hüseyn