• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1689
— 15.12.2016 17:06

Gəncədə “Musiqidən kitabadək" layihəsinin təqdimatı keçirilib

KepezTV Player

Region gənclərinin öz istedad və bacarıqlarını nümayiş etdirməsi üçün imkan yaranıb.  Bu, Gəncədə təqdimatı baş tutan “Musiqidən kitabadək" layihəsinin hesabına mümkün olacaq. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı ilə keçirilən layihə 2 gün davam edəcək. Əsas məqsəd gənclərin kitaba marağının artırılması, əl işləri olan istedadları üzə çıxarmaq, onları ölkə miqyasında tanıtmaq və musiqi sahəsinə maraq yaratmaqdır. Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə gerçəkləşdirilən layihə 3 ay davam edəcək. Tədbirlər Gəncə ilə yanaşı Quba, Sabiradad və Şirvanda da həyata keçirilir.

Vüsal Əhmədov - "Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi" İctimai Birliyinin sədri: “Gənclərin əl işlərini, rəsm sərgilərini Məhsəti Mərkəzində sərgiləyəcəyik. Daha sonra orada gənclərdən ibarət canlı konsert proqramı təşkil olunacaq. Məqsədimiz, gənclərin istedadının üzə çıxarılmasıdır. Daha sonra kitab sərgisi keçiriləcək ki, burada da gənclərimizi mütaliəyə marağın artırılmasıdır”. 

Xaliq Qurbanlı