• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1660
— 15.12.2016 17:04

QHT-lərlə biznes strukturlarının qarşılıqlı əlaqəsi Şəmkirdə müzakirə olunub

KepezTV Player

QHT-lərlə biznes strukturlarının qarşılıqlı əlaqəsi, bunun onların maliyyə vəziyyətinə təsiri və layihələndirilən işlərin icrasında oynadığı rol. Şəmkirdə təşkil edilən dəyirmi masa arxasında əyləşənlər bu istiqamətdə mümkün işbirliyini götür-qoy edib. Əsasən də rayon üçün spesifik olan kənd təsərrüfatı məhsullarının istehsalı prosesinə QHT-lərin cəlbi və kooperativlərdə birləşən sahibkarların bu işə dəstəyi ətrafında fikir mübadiləsi aparılaraq atılması mümkün addımlardan söhbət açılıb. Şəmkirdə sahibkarlığın inkişafına diqqət çəkilərək Qeyri-Hökümət Təşkilatları ilə biznes dairələr arasındakı münasibətlərin şəffaf, qarşılıqlı əməkdaşlıq çərçivəsində qurulmasının vacibliyinə toxunulub. 

Solmaz Əliyeva - "Gənc Mühasiblər" İctimai Birliyinin sədri: “Bu gün biz Şəmkir rayonunu niyə seçmişik? Ona görə ki, Şəmkir rayonu sahibkarlıq sahəsi üçün çox inkişaf etmiş bir rayondur. Burada çoxlu sahibkarlar var. Bizim layihədə olan məqsədi burada olan sahibkarlara çatdırmaq istəyirik. Çalışırıq ki, onları bu haqda məlumatlandıraq”.

Natiq Hüseyn