Bu günə xəbərlərin oxunma sayı: 1008
— 13.12.2016 10:33

Maraqlı məlumatlar

FƏRQLİ GÖZLƏR

Bir insanda iki fərqli rəngdə göz. Bu, xəstəlik deyil. Belə nadir insanların fərqliliyinin açıq-aydın göstəricisidir. Fərqli rəngi olan bir cüt gözə malik şəxslər Yer kürəsi əhalisinin cəmi 1 faizini təşkil edirlər. Heteroxromiya adlandırılan bu fenomen gözün qüzehli qışasında melaninin qeyri-bərabər paylanması ilə izah edilir. Yeri gəlmişkən, heteroxromiyaya tez-tez heyvanlarda da rast gəlinir. Xüsusilə də ağ pişiklərdə.

 

PARİS

Parisdə ictimai nəqliyyat müəyyən günlərdə pulsuz olur, özü də çox maraqlı səbəbdən. Sən demə, hətta bu cür gözəl və romantik şəhər də əsl ekoloji faciədən əziyyət çəkir. Şəhərdə havanın çirklənmə səviyyəsi bütün rekordları qırıb. Yerli hakimiyyət isə təcili şəkildə ekoloqlara və şəhər sakinlərinə kömək üçün yeni yollar tapmağa çalışır. Məhz buna görə Parisdə belə bir addım atılır: şəhər sakinləri bir neçə günlüyə şəxsi avtomobillərdən istifadəni dayandırır və həmin günlərdə tamamilə pulsuz olan ictimai nəqliyyatdan istifadə edirlər. Həmçinin, velosiped və elektromobil icarəsi xidmətləri müştərilərə bir gün ödənişsiz təqdim edilir. Şəhər rəhbərliyi 2025-ci ilə qədər dizel yanacağı ilə işləyən bütün avtomobillərin istifadəsinə qadağa qoymağı planlaşdırır.

 

ƏCAİB

Yeni Zellandiyanın ən sıx məskunlaşılan bölgəsi olan Oklenddə sahilə çıxan nəhəng görənləri təəccübləndirir. “Daily Mail” qəzetinin yazdığına görə, Yeni Zellandiyada yaşayan Melissa Doubleday adlı qadın maşınla Oklend yaxınlığındakı Muriwai çimərliyindən keçərkən sahildə qəribə bir görüntüylə qarşılaşıb. Qadın uzaqdan gördüyü əcaib varlığı əvvəlcə sahilə çıxan ölü balina sanıb. Lakin ona bir qədər yaxınlaşdıqca ağac budaqları ilə əhatə olunan böyük bir əşya olduğunu fərq edib.