• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2180
— 28.10.2014 22:11

Göygöldə mübahisə bıçaqlanmaya səbəb olub

Bu gün axşam saatlarında Göygöl rayonunda bıçaqlanma hadisəsi baş verib. Bıçaqlanmaya köhnə tanışlar arasındakı mübahisə səbəb olub.  Rayonun Çaykənd kənd sakini 24 yaşlı Elmin Zeynallı mübahisə etdiyi tanışı tərəfindən bıçaqlanıb. Yaralı dərhal yaxınlarının köməyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.