Bu günə xəbərlərin oxunma sayı: 1164
— 09.12.2016 10:18

Bu il "Oskar" film mükafatlarının təqdimetmə mərasiminin aparısıcı bəlli olub

KepezTV Player

Sənət dünyasının səbrsizliklə gözlədiyi mərasimi komediya aktyoru, aparıcı Cimmi Kimmel təqdim edəcək. Məşhur aparıcı bu haqda rəsmi Tviter səhifəsində yazıb. Cimmi Kimmel bundan əvvəl Amerika Musiqi Mükafatların və "Emmi" mükafatlandırma mərasiminə aparıcılıq edib. Yəqin ki, çox az kino sahəsində çalışan adam tapılar ki, Oscar almaq arzusu olmasın. Dünya miqyaslı bu mükafatı qazanmaq asan olmasa da ona etiraz edənlər heç də az deyil.

#OscarsSoWhite

2016-cı ilin Oscar mükafatlarına namizədlərdən çoxunun ağdərili olması bu etiraz dalğasının yaranmasına səbəb oldu. Sosial şəbəkələr vasitəsiylə irqçiliyə qarşı olduqlarını bildirən bir çox insan “Oscar so white” həştəqi altında Tviterdə etiraz aksiyasına başladılar. Bunun nəticəsi olaraq məşhur rejissor, iki dəfə Oscara namizəd olmuş, Bafta mükafatı qazanmış Spike Lee  mükafatlandırma gecəsinə dəvət olunsa da  həmin gecə basketbola baxmağa gedərək bu yolla öz etirazını bildirdi.

Jada Pinkett Smith

Məşhur aktyor Uill Smitin həyat yoldaşı, aktrisa Jada Smit də Ocsara etirazını bildirənlərdəndir.  Aktrisa 88-ci Oscar mərasiminə getmədiyini, hətta televiziyadan belə izləmədiyini bildirən video yayımladı.

Vudi Allen

Bir çox filmi Oscara namizəd göstərilən hətta bu mükafatı qazanan Vudi Allen də Oscarı sevməyənlər arasındadır. O, Manhetten  filminə görə Oscarı qəbul etsə də, mükafatlandırma gecəsinə getmək əvəzinə, barda klarnet çalmağı daha üstün tutub.

Maykl Mur

Maykl Mur 75-ci Oscar mərasimində ABŞ-ın o vaxtkı prezidenti Corc Buşu tənqid etdiyi nitqi ilə tarixə düşüb. Mur, mükafatı aldıqdan sonra indi bir uydurma zamanda yaşadıqlarını, uydurma bir seçimin nəticəsi kimi uydurma prezidentlərinin olduğunu söyləyib. Amerikalıları nahaq müharibələrə göndərən bir prezidentlərinin olduğunu vurğulayan rejissor, “Biz müharibəyə qarşıyıq, utanın cənab Buş” deyə bağırıb.

Marlon Brando

Heç şübhəsiz ki, Marlon Brandonun atdığı addım Oscara olunan etirazlar arasında ən unudulmazlardandır. 1973-cü ildə “Xaç atası” filmində ən yaxşı kişi aktyor kimi Oscar mükafatına layiq görülən Brando mükafatı almaq üçün mərasimə gəlməyib. Amma öz əvəzinə hinduların qarşılaşdığı çətinliklər və təzyiqlər barədə mətni oxuması üçün aktrisa yoldaşına göndərib. Mərasimdə çıxışı zamanı aktirasının sözü kəsilsə də o, bir-iki cümlə ilə fikrini bütün dünyaya çatdırmağı bacarıb.

Corc Kempbell Skot

1970-ci ildə Corc Skot “Patton” filmi ilə qazandığı ən yaxşı kişi aktyor Oscar mükafatını qəbul etməyib. O, aktyorların bu tip siniflərə ayrılmasını qəbul etmədiyini, Oscarın mənasız ayrıseçkilik yaratdığını  söyləyərək, mükafatı rədd edib.

Piter Qabriel

2009-cu ildə ən yaxşı musiqi nominasiyasına görə, Oskara layiq görülən Qabriel də mərasimdə mahnısının qısa formasını ifa etməsi üçün dəvət olunsa da, bu təklifi qəbul etməyib. Səbəb isə bu olub ki, təşkilatçılar musiqinin tam versiyasının səslənməsini istəməyiblər.