Bu günə xəbərlərin oxunma sayı: 1408
— 08.12.2016 10:06

Qısa müddətdə iş tapmaq istəyənlər üçün...

KepezTV Player

İş axtarırsınız? Müraciət etdiyiniz yerlərdən qısa zamanda sizə müsbət cavab gəlməsini gözləyirsiniz? O zaman sizin üçün hazırladığımız düzgün CV qaydalarına riaəyet etməniz kifayətdir.

CV nədir?

CV əslində “Curriculum Vitae” sözlərinin abreviaturasıdır və latın dilindən tərcümədə həyatın gedişi deməkdir. Hər hansı şəxsin təhsili, iş təcrübəsi, bacarıqları haqqında məlumatların sistemli xülasəsidir. O reklamın bir forması olub, məqsədi sizin müsahibəyə çağırılmanızı təmin etməkdir.

Format və üslub

Yaxşı təəssürat yaratmaq üçün sizin 45 saniyədən də az vaxtınız var. Hər bir CV-yə təxminən bu qədər vaxt sərf edilir. Əgər CV-nizdə diqqətçəkən heç nə yoxdursa, çox güman ki, o, zibil qutusuna gedəcək. CV-nizi standart ölçülü A4 formatında çap etməyiniz məsləhətdir.

Başlıqlardan istifadə edin

Görüntü baxımından, sizin əsas məqsədiniz məlumatın asanlıqla yadda qalmasını təmin etməkdir. Başlıqlardan istifadə etməklə mətni hissələrə bölün. Bu başlıqlar diqqəti sizin iş təcrübəniz  və təhsiliniz kimi üstünlüklərə cəlb etməlidir.

Ad və ünvan

Siz kimsiniz və sizinlə necə əlaqə saxlamaq olar? İş təklif edən şəxsin bilməli olduğu ilk məlumat budur. Adınız, ünvanınız, telefon nömrəniz, elektron ünvanınızı dəqiq yazın. Əgər iki ünvanınız və ya telefon nömrəniz varsa, onların hər ikisini qeyd etməlisiniz.

Karyera hədəfləri

Karyera hədəflərinin CV-də yerləşdirilməsi barədə yekdil fikir yoxdur. Bəziləri bildirirlər ki, sizin hədəfləriniz bacarıqlarınızın siyahısından da aydındır. Əgər konkret hər hansı bir vakansiya üçün müraciət edirsinizsə, bu zaman elə başa düşülər ki, siz yalnız bu vəzifəni istəyirsiniz və başqa işdə çalışmaq fikriniz yoxdur.

Təhsil

Təhsiliniz barədə məlumatları detallı şəkildə yazın və “mövzunuza” dayaq olacaq faktları qeyd edin. Təhsil bölməsində həmçinin iştirak etdiyiniz seminarları,  təlimləri, əldə etdiyiniz şəhadətnamələri və digər sənədləri qeyd edin.

İş təcrübəsi

İş təcrübənizi təsvir edərkən, ən son iş yerindən başlamaqla onları əks xronoloji ardıcıllıqla sadalayın. Karyera hədəflərinizə aid olmasa belə, bütün yarım-ştat vəzifələri, yay təcrübələrini və digər təcrübələri qeyd edin. 

Xüsusi bacarıqlar

Məlumatları xüsusi bölmə şəklində, “Kompüter bacarıqları”, “Dil bacarıqları” başlıqları altında təqdim edə, yaxud “Təhsil”  və “İş Təcrübəsi” bölmələrində yerləşdirə bilərsiz.

Şəxsi məlumat

Siz oraya maraqlarınız, səyahət təcrübəniz, şəxsi xüsusiyyətləriniz barədə məlumatları aid edə bilərsiniz. Bu bölmə sizin hərtərəfli insan olduğunuzu göstərə bilər və müsahibə zamanı müəyyən üstünlüklər qazandırar.

Fotoşəkil

Müraciət etdiyiniz yerin və tutmaq istədiyiniz vəzifənin tələblərinə uyğun şəkil yerləşdirmək daha yaxşıdır. İşəgötürən şəxs hətta yalnız fotoşəklinizə baxmaqla da sizin bu işə uyğun olduğunuzu anlamalıdır.

Almaz İbrahimova