Bu günə xəbərlərin oxunma sayı: 1212
— 07.12.2016 11:01

Ailə büdcəsi necə qurulur

KepezTV Player

Mən bu meyvələri pula çevirmək yollarını bilirəm. Onlardan mürəbbə bişirmək, qurutmaq olar, cem, bəhməz, sirkə, kampot istehsal etmək olar.  Amma istehsal texnologiyasını bilmirəm, məhsulu kimə sata biləcəyimi bilmirəm. Biznes plan, marketinq araşdırması barədə heç vaxt eşitməmişəm. Bəs onda nə edək? – ABAD xidmətə müraciət edək.   

Sizcə ailə biznesi qurmağa ən böyük maneə nədir?

Məhz problemləri aradan qaldırmaq üçün prezident sentyabr  ayında xüsusi fərman imzaladı. Bu fərmanla Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində  Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxsi yaradılır. Məqsəd ölkənin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını təmin etmək, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq, əhalinin məşğulluğunu artırmaqdır.

Azərbaycanda kiçik sahibkarlığın inkişafına ən böyük maneə nədir?

Yaxın vaxtlarda Gəncə ASAN Xidmət Mərkəzində yaradılacaq ABAD Ailə Biznesində kənd təsərrüfatı, əl işi və sənətkarlıq sahələrində ailə bizneslərinin, brendlərinin formalaşdırılmasına maddi və texniki dəstək funksiyasını  yerinə yetirəcək. Bu layihənin icrası ilə Azərbaycanda rəqabətə davamlı ailə bizneslərinin əsası qoyulacaq.

ABAD xidməti haqda məlumatınız var?

ABAD-ın fəaliyyəti resurslardan səmərəli istifadəyə, innovativ yeniliklərin və metodların tətbiqinə əsaslanır. Mərkəz beynəlxalq səviyyədə rəqabət qabiliyyətli məhsulların istehsalını təmin edən ailə bizneslərinin və digər sahibkarlıq fəaliyyəti növlərinin təşkilini təmin edir, məhsulların istehsalı, satışı və xarici bazarlara çıxarılmasında vasitəçi rolunu oynayır.
 

Sizcə bu sahədə güclü inkişafa nail olmaq üçün, ABAD xidmətin daha da effektiv olması üçün nə çatmır?

Təbii ki, bu, yeni təcrübədir və ilkin dövrdə müəyyən çətinliklər də olacaq. Amma əsas budur ki, iş prossesində qarşıya çıxan bütün problemlər çevikliklə həll olunsun. ABAD-ın ASAN xidmətin tərkibində yaradılması bunun elə belə də olacağına ümidləri artırır.

Sadələşdirilmiş vergi sistemi, sadələşdirilmiş gömrük prosedurları, biznesin ən rahat və tez qeydiyyatı, ixracı stimullaşdıran xüsusi proqramlar, kənd təsərrüfatına güzəştlər, bir çox vergilərdən azad edilmə, iş adamlarına güzəştli kreditlər, indi də ABAD xidməti. Dövlət iqtisadi inkişafa təminat verə bilməz. Dövlət iqtisadi inkişaf üçün münbit şərait yaratmalıdır ki, bunu da edir. İqtisadi inkişafı təmin edən isə vətəndaşlardır. Öz rifahımızı, qazancımızı artırmaqla biz ölkəmizi, dövlətimizi də inkişaf etdirə bilərik və və etdirməliyik də... Daha güclü Azərbaycan naminə!

İşgüzar Mehman