• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2627
— 28.10.2014 18:55

FHN- nin xüsusi riskli xilasediciləri evini su basmış şəxsi ölümdən xilas etdi

Hadisə ötən gecə Göyşaban kəndi ərazisində qeydə alınıb. İntensiv yağışlar nəticəsində kənd sakini Kamil Şiriyevin evini və həyətyanı sahəsini su basıb. Evini vaxtında tərk edə bilməyən Kamil  Şiriyev suyun səviyyəsi getdikcə qalxdığından Fövqəladə Hallar Nazirliyinə zəng vurub. Hadisə yerinə FHN-nin Cənub Regional Mərkəzinin xüsusi riskli xilasediciləri cəlb olunub. Hava şəraitinin yağmurlu olması xilasedicilərin işini çətinləşdirsə də, lazımi təhlükəsizlik tədbirləri görülüb. Kamil Şiriyevi təhlükəli zonadan uzaqlaşdırmaq üçün qayıqdan istifadə edilib. Evdən çıxarılaraq qayığa mindirilən Kamil  Şiriyev xilas edilərək yaxınlarına təhvil verilib.