• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1887
— 28.10.2014 18:36

Toy günü bəyin evi yarıldı

Paytaxtın Hövsan qəsəbəsində oğurluq faktı qeydə alınıb. Toy evindən 20 min dollar oğurlayan Zaur Cəfərovu Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları saxlayıb.

Hövsan qəsəbəsində yaşayan Emil Vəliyev yaşadığı mənzildən 18 min 500 manat nəğd pul və müxtəlif növ qızıl zinət əşyalarının oğurlanması barədə 30-cu polis bölməsinə müraciət edib. Bölmə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin cinayət hadisəsini törədən 26 yaşlı Zaur Cəfərov saxlanılıb. Saxlanılan şəxs dindirilərkən bildirib ki, Emil Vəliyevin evində pulun olmasını ona zərərçəkənin yeznəsi Tahir adlı şəxs bildirib. Oğurluq baş verən axşam zərərçəkənin toyu olduğundan evdə heç kəs olmayıb.   

Tahir həyəcanlı olduğundan Emil Vəliyevin mənzilindən götürdüyü pulları saymayıb. O, cinayəti törətdikdən sonra tanışı Vüsal adlı şəxsin evinə gedərək pulları ona saydırıb. Saxlanılan şəxsin sözlərinə görə, Vüsal saydığı pulun 10 min manat olduğunu bildirib. O həmin pulun bir hissəsinə maşın alıb. Müəyyən hissəsini isə xərcləyib.

Törətdiyi cinayətin məsuliyyətini sonradan anlayan Zaur Cəfərov əməlinə görə zərərçəkəndən üzr istəyib.

Faktla bağlı bölmədə toplanan materiallar istintaqın aparılması üçün Suraxanı Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.