• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 858
— 28.10.2014 17:58

Futbol üzrə İngiltərə Premyer Liqasında 9-cu turun görüşlərinə yekun vurulub

Turnir cədvəlinin aşağı pillələrində qərarlaşan komandaların duelində sevinən tərəf meydan sahibləri olub.

Son oyun günündə "Kuins Park Reyncers" doğma meydanda "Aston Villa"nı sınağa çəkib. Görüşboyu üstün olan ev sahibləri 17-ci dəqiqədə ilk qol istəyini reallaşdırıb. Çarli Ostin baxımlı zərbə ilə meydana toplaşan azarkeşləri ayağa qaldırıb. Bu qol eyni zamanda ilk hissədə qapılara vurulan sonuncu dəqiq zərbə olub. Azarkeşlər ikinci yarıda daha bir qola şahidlik ediblər. 69-cu dəqiqədə ingilis futbolçu Çarli Ostin komanda yoldaşının qapı önünə ötürməsini bir toxunuşla tora salaraq "Kuins Park Reyncers"in üstünlüyünü möhkəmləndirib. Bundan sonra tərəflər nə qədər səy göstərsələr də görüşdə hesab dəyişməyib və ev sahibləri 2:0 hesabı ilə qalib gələrək, xallarının sayını 7-ə çatdırıb.