• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3036
— 28.10.2014 17:57

Şəkidə idman dırmanması üzrə yeniyetmələr arasında Federasiya kuboku və Açıq Şəki birinciliyi keçirilib

Hava və Ekstremal İdman Növləri Federasiyasının illik planına uyğun olaraq Şəkidə idman dırmanması üzrə yeniyetmələr arasında Federasiya kuboku və Açıq Şəki birinciliyi keçirilib.

Kubok uğrunda mübarizədə Bakı, Daşkəsən, Gəncə, Şəki, Qax, və İsmayıllı rayonlarından 61 oğlan və 17 qız iştirak edib. Birincilik idman dırmanmasının boldrinq və sürət növü üzrə təşkil olunub. İki gün davam edən yarışın nəticələrinə əsasən həm qız, həm də oğlanlar arasında birinci yeri Şəki komandası tutub. Sonda onu da qeyd edək ki, bu turnirdə yer tutan idmançılar Respublika birinciliyində də qüvvəsini sınayacaq.