Bu günə xəbərlərin oxunma sayı: 859
— 04.12.2016 12:50

Şəki-Zaqatala bölgəsində meyvəçiliyə maraq artır

Azərbaycanda meyvəçiliyin ən çox inkişaf etdiyi bölgələrdən biri olan Şəki -Zaqatala bölgəsi hələ də bu birinciyilini qoruyub saxlayır. Tingçiliyin gəlirli bir sahə olması, bu işlə məşğul olanların təsərrüfata həvəsini bir qədər də artırır.

Şəkinin iqlim və torpağı meyvəçiliyin inkişafı üçün əlverişlidir. Bu səbəbdən rayonda meyvəçiliyə maraq getdikcə artır. Vaxtilə bu sahədə müəyyən geriləmə müşahidə olunurdusa, hazırda meyvə bağlarının sayı və ərazisi genişləndirilməkdədir. Şəkidə meyvəçiliklə ən çox həyətyanı sahələrdə, dağətəyi kəndlərdə suvarılan torpaqlarda məşğul olurlar. Bu il havaların qeyri-sabit keçməsi tingçilik təsərrüfatlarının işinə də təsirsiz ötüşməyib. Bu özünü  tinglərin çıxarılma vaxtının dəyişməsində göstərir.

Salman Növərov illərdir ki, bağçılıq təsərrüfatı ilə məşğuldur. Hazırda təsərrüfatlarda bağçılıq aylığı çərçivəsində birillik tinglərin çıxarılması prosesi gedir.

Qom – 20 ədəddən ibarət ting dəstidir. Həmin tinglər müvəqqəti olarq, torpağa basdırılır və alıcısı tapılanadək orada qalır.

Ərazidə 35 min ədəd ting mövcud olub ki, ondan da 20 mini çıxarılıb, 10 mini isə çıxarılmaqdadır. 1 ədəd tingin qiyməti 2 manatdır, lakin boyundan asılı olaraq, onların qiymətləri 3 manatadək yüksəlir. Becərilən tinglər çəyirdəkli və tumlu meyvələrin tingləridir.

Əksər alıcılar tingləri təsərrüfatlardan yerində almağa çalışırlar. Buna səbəb bazarlarda satılan, xüsusilə də xarici ölkələrdən gətirilən ağac və kolların yaxşı yetişməməsidir. Bir sözlə, bu kiçik fidanlar müəyyən müddətdən sonra barlı ağaca çevriləcək. Bu isə həm yaşıllıq, həm də məhsuldarlıq baxımından vacib amildir.

Pərvanə Mustafayeva