Bu günə xəbərlərin oxunma sayı: 1300
— 04.12.2016 12:47

Xaçmazda fındıq bağları genişləndirilir

Azərbaycanın Şimal rayonlarında fındıq bağları üstünlük təşkil edir. Xüsusilə Xaçmazda qərzəkli məhsulu becərən fermerlər çoxdur. Ölkəyə əsas valyuta gətirən məhsula təlabat son zamanlar daha da artıb. Bu da topraq mülkiyyətçilərini fındıq bağlarının sahəsini genişləndirməyə əsas  verir. Fındığın az qulluq tələb etməsi və əvəzində satış qiymətinin münasib olması fermerlərin ürəyincədir. İndi Xaçmazın bir çox kəndlərində digər meyvə bağları yerini fındığa verir.

Xaçmazda qarşıdakı 2-3 il ərzində 5 min 016  hektar fındıq bağının salınması gözlənilir. Bu il əkilməsi nəzərdə tutulan  2 min hektar sahədən 875 hektarında işlər başa çatdırılıb. Rayonun ərazisindəki 4650 hektar fındıq bağından təsərrüfatçılar ötən il 4 min tona yaxn məhsul əldə  edilblər. Xaçmazda fındıq sahələrinin genişləndirilməsi məqsədi ilə komissiya da yaradılıb.

Xaçmazla yanaşı Siyəzəndə də ilk dəfə çöl şəraitində fındıq bağları salınıb.  Rayonun Həmyə kəndinin ərazisində  11 hektar sahədə fındıq əkilib. Bu    vaxta qədər bostan bitkilərini becərən fermerlər fındığa bazarda təlabatın daha yüksək olduğunu bildirirlər. Fındığın qiyməti də digər meyvələrlə müqayisdə yaxşıdır. Elə bu amillər fermerləri torpaqlarında fındıq bağı salmağa həvəsləndirib.

Siyəzən üçün qeyri-ənənəvi kənd təsərrüfatı sahələrindən olan bağçılığın inkişaf etdirilməsi əsas istiqamətlərdəndir. Bu vaxta qədər rayonda həyətyanı sahələrdə ümumilkdə  9 hektar fındıq bağı olub. Yaxın bir neçə il ərzində  Siyəzəndə fındıq bağlarının sayını 100 hektara çatdırmaq nəzərdə tutulub.

Yeni salınan fındıq bağlarında ağac əkilməsi dekabrın 15-dək aparılacaq.

Elnur Abdurəhmanlı