Bu günə xəbərlərin oxunma sayı: 1193
— 03.12.2016 10:41

Qadın ixtiraçılar

KepezTV Player

Gündəlik həyatımızda istifadə etdiyimiz bir çox qurğuların qadınlar tərəfindən ixtira olunduğunu bilirdinizmi? Yox əgər xəbəriniz yoxdursa, ekrana yaxın əyləşin.

Cozefina Kokreyn 

Cozefina Kokreyn. Evlərindəki xidmətçinin boşqabları sındırdığına görə əsəbləşib,  qabyuyan ixtira edən qadın. Yüksək təzyiqli isti suyu qablara tökməklə bu ixtiraya başlayan Cozefina 1886-cə ildə icad etdiyi qurğunun patentini alıb. 19-cu əsrdə evlərin çoxunda isti su olmadığından o, bu texnikanı hotellərə və restoranlara satmağa başlayıb. Zamanla isə xanımların əlindən tutan bu qurğu evlərin ən lazımlı avadanlığına çevrilməyi bacardı.

Meri Anderson

1900-cu illərdə sürücülər qarlı, yağışlı havalarda tez-tez dayanıb maşınlarının şüşələrini silməli olurdular. Meri Anderson problemə möhtəşəm bir həll tapır və şüşə siləni ixtira edir. 1903-cü ildə avtomobillərin kütləvi şəkildə satışı, bu ixtiranın məşhurlaşmasına zəmin yaradır. Artıq sürücülərin maşınların şüşələrini silmək üçün sadəcə bir qolu çəkmələri kifayət edirdi. Bəzi insanlar ixtiranın sürücülərin fikrini yayındırdığını söyləsə də, Meri icadının patentini almağı bacarıb.

Hedi Lamarr

Hedi Lamarr Avstriyada böyüyən məşhur bir aktrisadır. Hitler ordusundan olan zəngin bir adamla ailə qurduqdan sonra həyatı tamamilə dəyişir. O, əri ilə getdiyi bir çox yığıncaqlarda silahlar haqqında ətraflı məlumat toplaya bilir. Hedi Lamarr həyat yoldaşı və Hitler tərəfdarlarının fikirlərinə qarşı olduğundan, əvvəlcə Londona, ordan isə ABŞ-a qaçır. Gənc bəstəkar və ixtiraçı Corc Anteyllə çalışan xanım ixtiraçı  “Gizli ünsiyyət sistemi” yaratmağı bacarıb. Gözəl akrtrisanın GSM, GPS, Wİ-Fİ kimi texnologiyaların icadında imzası olduğu deyilir.

Tabita Babitt

Kişiləri ağır işdən qurtarmağı bacaran Tabita Babitt yumru mişar icad edib. 1800-cü illərdə ağac kəsmək üçün mişarın iki tərəfindən tutmaq üçün iki kişiyə ehtiyac duyulurdu. 1813-cü ildən etibarən isə ağaclar bu mişarla kəsilməyə başlayır.

Reyçel Zimmerman

Kanadalı ixtiraçı Reyçel Zimmerman 1980-ci ildə 12 yaşında olarkən “Blissymbol Printer ” adlı yazı proqramını ixtira edib. Zimmermanın bir elm sərgisi üçün məktəb layihəsi kimi başladığı bu proqram beyin iflici kimi narahatlığı olan insanların ətrafla ünsiyyət qurmasını təmin edir.