• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 965
— 28.10.2014 17:56

Daşkənddə keçirilən FİDE-nin Qran-pri turnirinin 6-cı turu arxada qalıb

 Bu tur qrossmeysterlərimiz Teymur Rəcəbov qara fiqurlarla Aniş Qrinin, Şəhriyar Məmmədyarov ağ fiqurlarla Rüstəm Qasımcanovun zəkasını yoxlayıb. Rəcəbov yenə rəqibiylə sülh bağlayıb. Məmmədyarov isə uğurlu çıxış edərək qələbə qazanıb. Növbəti turda təmsilçilərimiz bir-birinə rəqib olacaq. Bildirək ki, 6-cı turdan sonra Hikaru Nakamura və Dmitri Andreykin 4 xalla turnir cədvəlinə başçılıq edirlər. Aktivində 3.5 xalı olan iti zəka sahibimiz Şəhriyar Məmmədyarov Maksim Vaşe Laqrav və Bahadur Cobava ilə birlikdə ikinci sırada yer alıb. Teymur Rəcəbov isə 3 xalla 3-cüdü.