• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1982
— 28.10.2014 16:21

Göygöl rayonunda meşə massivinin bərpası istiqamətində yeni tədbirlər planının icrasına başlanılıb

Göygöl Meşə Mühafizəsi və Bərpası İdarəsi tərəfindən bu məqsədlə 40 ha ərazidə meşə əkini və səpini aparılıb. Qurum tərəfindən meşə massivlərinin əksəriyyəti çəpərlənib. Deqradasiyaya uğrayan ərazilərin isə gələcəkdə damcı üsulu ilə suvarılması təmin ediləcək. Ərazidə meşə qanunvericiliyinin pozulması ilə bağlı 29 fakt aşkarlanıb. Nəticə etibarı ilə 14 şəxs barəsində məhkəmə tərəfindən 700 manatdan 1000 manatadək cərimə kəsilib, eyni zamanda meşə fonduna dəyən ziyan hesablanaraq kəsilmiş ağacların pulu ödənilib.

Aslan Vəliyev -Göygöl Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru: “Hacıkənd meşələri adı ilə məşhur olan həmin ərazi vahidləri müxtəlif soydaşlarımız tərəfindən müxtəlif zamanlarda məhv edilib. Bu günlərdə bəzi insanlarımız üçün meşə massivləri onların dolanışıq yeri kimi gündəlik həyat normalarını bu istiqamətə yönəldiblər.”