• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1330
— 28.10.2014 16:21

Küçə itlərinə qarşı mübarizə yeni qaydalarla aparılacaq

Küçələrdə yaşayan sahibsiz itlərin  artması və insanlara hücum etməsi hər zaman  narahatlıq doğuran məsələlərdən biri olub. Gün ərzində şəhərin müxtəlif ərazilərində sahibsiz dolaşan itlər əksər vaxt insanlara hücum da edir. Əvvəllər belə halların qarşısını almaq üçün sahibsiz itlər şəhər təmizlik idarəsinin əməkdaşları tərəfindən vurularaq zərərsizləşdirilirdilər. Ancaq hazırda sahibsiz küçə itlərinin güllələnməsi qadağan olunub. İndi bu heyvanlara qarşı mübarizə yeni qaydalarla aparılacaq.