• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1327
— 28.10.2014 16:20

Gəncədə qanvermə aksiyası təşkil olunub

Gəncədə QMİ və Səhiyyə Nazirliyinin təşəbbüsü, Gəncə şəhər Səhiyyə İdarəsinin və şəhər İcra hakimiyyətinin təşkilatçılığı ilə qanvermə aksiyası təşkil olunub. Aksiyada 100-ə yaxın dindar iştirak edib.

Gəncə Qanköçürmə Mərkəzində baş tutan xeyriyyə tədbirinin keçirilməsində məqsəd hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkənlərə yardım etməkdir. Məhərrəm ayının 3-cü günü baş tutan qanvermə aksiyasında şəhər məscidlərinin axundları, dini icmaların sədr və nümayəndələri də daxil olmaqla 100-ə yaxın dindar iştirak edib. Səhhəti imkan verənlərin hər birindən 150-200 qram qan götürülüb.

Tahir Abbasov -QİM-in Qərb bölgəsi üzrə nümayəndəsi: "Aşura ilə bağlı, qəlbində İmam Hüseyin (ə) eşqi olanlar qanvermə aksiyası təşkil ediblər. Bu davam edəcək. Aşura gününədək çəkəcək. Mən bütün müsəlmanları bu xeyirxah işə qoşulmağa dəvət edirəm".

Bu il Məhərrəm ayının 10-cü günü, yəni Aşura miladi təqvimi ilə noyabr ayının 10-na təsadüf edəcək. Növbəti qanvermə aksiyası isə elə məhz həmin gün İmamzadə dini memarlıq kompleksində təşkil olunacaq. Bundan başqa qan vermək istəyən vətəndaşlar aksiya keçirilməyən günlərdə də Mərkəzi Qan Bankının Gəncə Bölməsinə qan vermək məqsədi ilə müraciət edə bilərlər.

Gülnar Fazilqızı