• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1262
— 28.10.2014 11:29

Şəmkirdə qəsəbə xəstəxanası və uşaq bağçası əsaslı şəkildə yenilənir

Şəmkirin ən böyük yaşayış məntəqələrindən olan Kür qəsəbəsində uşaq bağçası-körpələr evi və xəstəxana binası əsaslı şəkildə yenidən qurulur. Hər iki bina təmirdən sonra yeni inventar və avadanlıqla təchiz olunacaq.

180 çarpayılıq Kür qəsəbə xəstəxanası 1989- cu ildə inşa olunub. Rayon mərkəz xəstəxanasından sonra Şəmkirin ən böyük tibb müəssisəsi hesab olunan səhiyyə ocağı son illər tam qəzalı vəziyyətdə fəaliyyət göstərib. Nəhayət, bu il Səhiyyə Nazirliyi tərəfindən xəstəxananın əsaslı təmirinə start verilib. Gələn ilin sonunadək tibb ocağının istifadəyə verilməsi nəzərdə tutulub.  

Elbrus Alıyev- iş icraçısı: “İlkin mərhələdə biz əsasən dam örtüyünü dəyişdirib və daxili işlərin bir qismini həyata keçirməliyik. Sonra isə digər işlər yerinə yetiriləcək. Ümumilikdə 2015- ci ilin sonunadək bina tam hazır vəziyyətdə olacaq”.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Kür qəsəbəsində uşaq bağçası körpələr-evi də əsaslı şəkildə təmir olunur. 240 yerlik tərbiyə ocağı təmirdən sonra ən müasir inventar və avadanlıqlarla təchiz olunacaq. İkimərtəbəli bağça binasında müxtəlif yaşlar üzrə 16 qrup yaradılacaq.

Natiq Hüseyn