Bu günə xəbərlərin oxunma sayı: 1530
— 27.11.2016 14:30

Şimal-qərb bölgəsində kələm əkini ilə məşğul olan fermerlər bəzi problemlərlə üzləşirlər

Kələm dünyanın müxtəlif xalqları tərəfindən qida məqsədilə geniş istifadə olunan olan tərəvəzlərdəndir. Alimlərin araşdırmalarına görə, ilk kələm növləri Aralıq dənizi ölkələrində yabanı halda bitib, 4 min il bundan əvvəl onu mədəni bitkilər sırasına qatmaq mümkün olub. Qafqazda ilk olaraq gürcülər 8-ci və 9-cu əsrlərdən etibarən kələm becərilməsilə məşğul olublar. Azərbaycanda isə bu bitki yağıntıların daha çox qeydə alındığı rayonlarda əkilib-becərilir. Şimal-qərb bölgəsində Zaqatalada kələm yetişdirilərkən mövsüm nəzərə alınır və hər mövsümə uyğun xüsusi sortlar becərilir.

Yusif Zamanov illərdiki Zaqatala rayonunda kələm təsərrüfatı ilə məşğuldur. Kələmləri sortlarına görə uyğun zamanlarda yetişdirdiyini deyən fermer təsərrüfatında işini səmərəli qurub. Hazırda gec yetişən, payız sortu olan düzlaq sortunun yetişdirilməsi ilə məşğul olan fermerin sözlərinə görə, əhali bu sortdan turşu hazırlamaq üçün istifadə edir.  3 hektar sahədə kələm əkdiyini deyən fermer deyir ki, yaxşı qulluq edilərsə məhsul bol olar, bu zamansa digər problemlə üzləşir. Hazırda əkdiyi 3 hektar sahədən 20-25 t məhsul əldə edən fermer yetişdirdiyi məhsulun elə ərazidə satışı ilə məşğul olur.

Yusif Zamanov kələmləri topladıqdan sonra kələmlərin yararsız yarpaqlarının çürüntüsündən isə göyərti əkinində istifadə edir. Ümumilikdə Zaqatala rayonu üzrə 2103 ha. sahədə tərəvəz əkilib ki, bunu da 112 hektarını kələm təşkil edir. Bu bitkinin məhsuldarlığı isə 1200-1300 t nəzərdə tutulur. Təbiət bizə bütün sərvətlərini verir. Qalır bu sərvətlərdən düzgün, münbit torpaqlardan isə yetərincə yararlanmaq..

Pərvanə Mustafayeva