Bu günə xəbərlərin oxunma sayı: 1103
— 27.11.2016 14:25

Xaçmazın kələm sahələrində məhsuldarlıq yüksəkdir

 Bu il fermerlər 1 hektar kələm sahəsindən 30- 40 ton məhsul əldə ediblər. Payız fəslində bu məhsula tələbat, xüsusi ilə artığı üçün təsərrüfatçılar alıcı sarıdan korluq çəkmir. Məhsulun qiyməti isə 25-30 qəpik arasında dəyişir.  

 Xaçmaz rayonu Müşkür kənd sakini Rasim Xəlilov uzun müddətdir  təsərrüfatında kələm becərir. Fermer bu il 40 sot torpaq sahəsində kələm əkib.  Avqust ayında əkilən məhsul oktyabrın əvvəlindən etibarən yığılır. Təsərrüfatçının sözlərinə görə, kələm az zəhmət tələb edən və bol məhsul verən bitkidir.

Xaçmaz rayonunda əsasən Dərbənd və Daşkənd kələmi həmçinin yerli sortlar becərilir. Təsərrüfatçılar bildirir ki, kələmin məhsuldarlığının yüksək olması üçün müəyyən aqrotexniki işlər yerinə yetirilməlidi. Belə ki, kələm 15 gündən bir dərmanlanmalı,  əkildiyi vaxtdan etibarən  2, 3 dəfə suvarılmalıdır.

 Kələmin məhsuldarlığı ötən illərə nisbətən daha çoxdu. Belə ki, bu il fermerlər 1 hektar kələm sahəsindən 30- 40 ton məhsul əldə ediblər. Təsərrüfçılar əkdiyi məhsulu yol kənarlarında satışa çıxarır. Bununla da nəqliyyat və daşınma kimi əlavə xərclərə qənaət edirlər. Məhsulun qiyməti isə 25-30 qəpik arasında dəyişir.

Ötən il Xaçmazda ümumilikdə 123 hektar kələm əkilib və bu sahələrdən 1845 ton məhsul əldə edilib. Cari ilin 11 ayı ərzində isə rayonda 102 hektar ərazidə kələm  əkini  aparılıb.

İlahə Məmmədova