Bu günə xəbərlərin oxunma sayı: 1401
— 21.11.2016 16:19

Gəncədə Aqrar Sənaye Kompleksi yaradılacaq

Süd məhsullarının istehsalı üzrə ixtisaslaşacaq kompleks Gəncədən 30 kilometr aralıda 6 min hektar sahəni əhatə edəcək. Qərb bölgəsində nümunəvi olacaq bu kompleks sadəcə Gəncə yox, bütün regionunu süd və süd məhsulları ilə təmin etmək imkanı verəcək. "Süd Məhsulları Komplesi"nin yaradılması barədə birgə əməkdaşlığa dair memorandum Gəncə Şəhər İcra Hakimiyyəti ilə Belarusun Kənd Təsərrüfat Nazirliyi arasında imzalanıb. Bununla bağlı ilkin razılıq Gəncədən olan nümayəndə heyətinin Belarusa səfəri zamanı əldə edilib. Əməkdaşlığın növbəti mərhələlərini müzakirə etmək məqsədi ilə isə, bu gün Belarusun Kənd Təsərrüfatı Nazirinin birinci müavini Leonid Mariniçin başçılıq etdiyi nümayəndə heyəti Nizami yurduna səfər edib. Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşdə kompleksin inşası, fəaliyyəti və bu istiqamətdə digər məsələlər müzakirə olunub. Regionda ilk olacaq kompleksin inşasına 2017-ci ilin ilk aylarından start verilməsi planlaşdırılır. 

Leonid Mariniç -Belarusun kənd təsərrüfatı nazirinin birinci müavini: “Sizin tərəf bu gün bizə kompleksin inşa olunacağı ərazilərin xəritəsini təqdim etdi. Burada biz torpağın aqro-kimyəvi analizini aparacağıq. Burada 1200-1500 baş arası mal qaranın saxlanılması, onlardan alınacaq südün emalı və müxtəlif süd məhsullarının istehsalı üçün şərait yaradılacaq. Kompleksdə eyni zamanda, burada saxlanılacaq mal-qaranın yemlənməsi üçün müxtəlif dənli bitgilər də yetişdiriləcək”.

Gülnar Fazilqızı