Bu günə xəbərlərin oxunma sayı: 1103
— 20.11.2016 12:22

Şamaxı və İsmayıllıda üzümçülük sahəsində vəziyyət nə yerdədir?

Üzümçülük kənd təsərrüfatında gəlirli sahələrdən biridir. Son illər ölkə rəhbərliyi səviyyəsində vacib sahələrdən olan üzümçülüyün inkişafına xüsusi diqqət yetirilir. Havaların yağıntılı keçməsi digər təsərrüfatlarla yanaşı, üzümçülüyə də öz mənfi təsirini göstərdi. Şamaxı və İsmayıllı rayonlarında üzümçülük sahəsindəki mövcud vəziyyəti növbəti materialdan öyrənək...

Son zamanlar üzümçülüyün inkişafına xüsusi diqqət ayrılır, yüksək nəticələr əldə olunur. Suvarmada damcı üsulundan istifadə olunur. Havaların həddindən artıq yağmurlu keçməsi, digər təsərrüfatlar kimi  üzümçülük sahəsinə də mənfi təsirini göstərdi. Midium, Odium xəstəliklərinin daha da aktivləşməsi səbəbindən təsərrüfatlara ciddi ziyan dəydi. Bəzi təsərrüfatlar müəyyən vəsait hesabına yaranan çətinliklərin qarşısını ala bilsə də, xırda təsərrüfatlarda problemlər yaşandı ki, bu da məhsuldarlığın aşağı düşməsi ilə nəticələndi.

Havanın təsiri İsmayıllıda da üzümçülük təsərrüfatlarında məhsuldarlığın aşağı düşməsinə səbəb oldu.

İsmayıllıda ümumilikdə 1088 hektar üzüm bağı var ki, bunun da 40 hektarı bu il salınıb.

Salınan yeni bağlar, aparılan aqrotexniki qulluq, ümumilikdə onu deməyə əsas verir ki, görülən bütün işlər üzümçülüyün inkişafına hesablanıb.

Aidə Ramizqızı