• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1463
— 27.10.2014 17:12

Gəncənin küçə və prospektlərinə yeni dayanacaqların quraşdırılması davam etdirilir

Son bir ay ərzində şəhərin müxtəlif ərazilərinə 10-a yaxın müasir köşk tipli dayanacaqlar quraşdırılıb. Bununla yanaşı yeni quraşdırılan dayanacaqlardakı elektron məlumat tablolarının da işə salınmasına başlanılıb. Artıq sınaq məqsədi ilə şəhərdəki dayanacaqlardan bir neçəsinə siqnallar ötürülüb. Elektron məlumat tablolarında vaxtı, havanın tempraturunu, xətt üzrə hərəkət edən marşrutların gediş-gəliş vaxtlarını və hansı istiqamətdə hərəkət etmələrini öyrənmək mümkün olacaq. Gələn ildən isə dayanacaqlardakı elektron məlumat lövhələrinin hamısı işlək vəziyyətə gətiriləcək. Həmçinin dayanacaqlara müşahidə kameralarının quraşdırılması da nəzərdə tutulur.