• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1026
— 16.11.2016 10:12

Gəlirin növləri

Ənənəvi gəlir

Bu gəlir sizin çalışdığınız işə görə qazandığınız  əmək haqqıdır. İnsanlar işləməsələr  öz gəlirlərini, dolanışıq qaynağını itirirlər.  

Passiv gəlir

Bu gəlir sizin daimi gəlir mənbəyinizdir. Bunun üçün hətta işləmək də lazım deyil.  Gündəlik əhvalınızdan, sağlamlığınızdan, kvalifikasıyanızdan asılı olmayaraq  passiv gəlirinizi müntəzəm olaraq almaqda davam edəcəksiniz. Maliyyə müstəqilliyinin ən əsas elementi məhz bu gəlir növüdür. Buna görə də passiv gəlir mənbələrini yaratmaq çox vacibdir. Bəs passiv gəlir deyəndə nəyi nəzərdə tuturuq?

Daşınmaz əmlak ticarəti

Ən geniş yayılmış və ən etibarlı passiv gəlir mənbəyi daşınmaz əmlakdır. Sizin eviniz, mənziliniz, ofisiniz və ya hər hansı başqa daşınmaz əmlakınız varsa, onu icarəyə verməklə pul qazana bilərsiniz. Bu gəlirin üstünlüyü  sabit, və etibarlı olmasıdır. Mənfi cəhəti isə budur ki, daşınmaz əmlaka sahib olmaq üçün böyük məbləğdə pul lazımdır. Gəlirlilik də yüksək deyil. Yəni, qoyulan pulu çıxartmaq üçün uzun müddət tələb olunur.  

Daşınmaz əmlaka investisiya qoymaq istəyən nəyi bilməlidir?

İntellektual mülkiyyət

Kitab yazmaq, film çəkmək, musiqi bəstələmək və s. Əgər sizin yaradıcılıq məhsulunuza təlabat varsa, ondan ömrünüzün sonuna kimi gəlir əldə edə bilərsiniz. Yaxud elmi ixtiranızı patentləşdirin və hər təkrar istehsaldan gəlir əldə edin. Bu zaman hətta çox aşağı faiz də sizə milyonlar qazandıra bilər. Çünki, söhbət kütləvi istehsaldan gedir.  

Şəbəkə marketinqi

Götürək “Mc Donalds” mağazalar şəbəkəsini. Əgər kimsə  öz şəhərində bu şəbəkənin yeni filialını açmaq istəsə, onda bu şəbəkənin sahibinə müəyyən qədər pul ödəyir və markanı alır. Bundan sonra isə “Mc Donalds”ın sahibi Rey Kroka faiz ödəyir.

İnvestisiya

Bank depozitləri, qiymətli kağızlar, investisiya fondları... Bu müasir iqtisadiyyatda ən geniş yayılmış investisiya növləridir. Əslində kapitalist iqtisadiyyatının əsasını da məhz bu prinsip təşkil edir. Siz öz kapitalınızdan faiz əldə edirsiz. Başqa sözlə desək, pul -  pul gətirir.   

Qiymətli kağızlar, investisiya fondları, yoxsa bank depoziti – investisiya etmək üçün hansı daha yaxşıdır?

Sonda onu da deyək ki, hansı seçimi etməyinizdən asılı olmayaraq, ən başlıca məsələ aylıq ənənəvi gəlirdən müəyyən bir hissəsini qənaət edib toplamaqdır. Məhz bu, sizin üçün gələcəkdə passiv gəlir mənbəyi ola bilər.

Gülşən Zabitqızı