• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2092
— 27.10.2014 16:21

ADAU-nun müəllimləri üçün inşa edilən çoxmərtəbəli binanın tikintisi yekunlaşıb

Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimləri üçün inşa edilən çoxmərtəbəli binanın tikintisi yekunlaşıb, tələbələr üçün isə nəzərdə tutulan yataqxana binasının tikintisi isə davam etdirilir.

Ümumi ərazisi 2 hektar olan mehmanxana tipli tələbə yataqxanasının inşasına ötən ilin yayından başlanılıb. 5 korpusdan ibarət olan kompleksin binalarından biri 6, digər 4-ü isə 7 mərtəbəli olacaq. Artıq binaların son mərtəbələrində betonlanma işləri aparılır, hörgü işləri də başa çatmaq üzrədir və 1 ay ərzində binadaxili işlərə başlanılacaq. Yataqxanada tikilən otaqların hər biri 2 nəfərlik olacaq. Burada 600-ə yaxın tələbənin qalması nəzərdə tutulub.

Adil Tağıyev- tikinti şirkətinin nümayəndəsi: “Birinci mərtəbədə məişət xidməti üçün bütün imkanlar var. Ayrıca idman zalı, həkim otağı olacaq. Yəni tələbələrin bu şəhərcikdən aralanmadan bütün tələbatı nəzərdə tutulub”.

ADAU-nun müəllimləri üçün isə nəzərdə tutulan 5 mərtəbəli binanın inşası isə artıq yekunlaşıb.

İlkin Fərzəliyev- ADAU-nun tikinti kooperativinin icarçı direktoru: “Bina yaşayış məqsədi ilə tikilib. Müəllimlər üçün nəzərdə tutulub. Yaxın müddətdə başa çatdırılması nəzərdə tutulur”.

Binada yalnız işıq və qaz sisteminin quraşdırılması işləri qalıb.