• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1458
— 27.10.2014 16:11

Şəmkir Tarix-Diyarşünaslıq muzeyinə həm yerli, həm də xarici turistlərin marağı artır

Son vaxtlar ölkədə fəaliyyət göstərən muzeylərə həm yerli sakinlərin, həm də turistlərin marağı artıb. Belə muzeylərdən biri də Şəmkir  şəhərində yerləşən Tarix-Diyarşünaslıq muzeyidir.

Tarix-Diyarşünaslıq muzeyi fəaliyyətə başladığı vaxtdan etibarən, öz eksponatları ilə yerli vətandaşların və xarici turistlərin diqqətini çəkib. Muzeyin fondunda arxeoloji tapıntılar daha çoxdur.

Cavanşir Pirverdiyev- Şəmkir Tarix-Diyarşünaslıq Muzeyinin direktoru: “Respublikamızın orta məktəblərində “Ölkəmizi tanıyaq” adı altında səyahətə çıxmışdılar, həmin səyahət zamanı Azərbaycanın başqa rayonlarından gələn şagirdlər, bizim Tarix-Diyarşunaslıq muzeyində də olmuş, və rayonumuzun tarixi ilə geniş surətdə tanış olmuşlar”.

Hazırda muzeydə 600-dək eksponat var. Onların içərisində  naxışlı saxsı qablar, küpələr, çıraqlar, mis qablar, müxtəlif silahlar, ilkin çalğı alətlərindən nümunələr üstünlük təşkil edir. Şəmkir ərazisində arxeoloji qazıntılar nəticəsində aşkar edilən və muzeylərdə nümayiş etdirilən bu tapıntılar bir daha sübut edir ki, ölkə zəngin yeraltı tarixə malikdir.