• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2090
— 27.10.2014 13:56

BMT-nin beynəlxalq məsləhətçisi Tovuzun Əlibəyli kəndində olub

BMT nümayəndələri oktyabrın 28-30-dək ölkədə keçiriləcək Gənclər siyasəti üzrə I Qlobal forumda iştirak etmək üçün Azərbaycana gəlib. 

BMT-nin beynəlxalq məsləhətçisi Antonio Palazuoelos Prieto ötən gün Tovuzun düşmənlə ən yaxın məsafədə yerləşən Əlibəyli kəndində olub. Ermənilərin tez-tez atəşə məruz qoyduğu kəndin gəncləri ilə görüşən BMT nümayəndəsi onların həyat şəraiti ilə tanış olub və münaqişənin tezliklə sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirib.

160 ölkədən 700-dən artıq iştirakçının qatılacağı forumun keçirilməsində əsas məqsəd gənclər siyasəti üzrə müxtəlif ölkələrin təcrübə mübadiləsinin aparılmasıdır.

Antonio Palazuoelos Prieto- BMT-nin Beynəlxalq məsləhətçisi:  “Beynəlxalq forumda iştirak etmək üçün Azərbaycana gəldim. Tovuzun Əlibəyli kəndinə, münaqişə bölgəsinə gəlmək öz istəyim idi. Və gördüm ki, burada insanlar çətin şəraitdə yaşayır, evlərə dəyən güllə izləri bunu sübut edir. Biz BMT olaraq illərdir çalışırıq ki, münaqişə hər iki tərəfin maraqları qorunmaqla həll edilsin”.