Bu günə xəbərlərin oxunma sayı: 1110
— 13.11.2016 13:59

Tütünçülük Şimal-Qərb bölgəsində yenidən inkişaf etdirilir

Əvvəllər respublikanın kənd təsərrüfatı sahəsində əhəmiyyətli yerə malik olmuş tütünçülük Şimal-Qərb bölgəsində yenidən inkişaf edir. Qaxda da bu sahəyə diqqət artırılır. Lakin son günlər havaların həddindən artıq yağmurlu keçməsi tütünçülüyə də təsirsiz ötüşməyib. Hazırda tütünün yığım prosesi gedir.

Tütünçülük kənd təsərrüfatının ən ağır, eyni zamanda ən gəlirli sahələrindəndir. Xüsusi zəhmət və qayğı tələb edən tütünçülük Şimal-Qərb bölgəsində yenidən dirçəlməyə başlayıb. Vaxtilə tütün istehsalı tamamilə dayansa da, bu sahə artıq bərpa edilib. Şimal-qərb bölgəsində, xüsusilə də Qaxda uzun illər əhalinin əsas məşğuliiyyəti tütünçülük olub. Uzun müddətdən sonra da bu sahənin yenidən inkişaf etdirilməsi üçün lazımi addımlar atılır, səy göstərilir. İqtisadiyyatında tütünçülüyün mühüm yer tutduğu Qax rayonunda tütünçülüklə məşğul olan femerlərin sayı ildən- ilə artmaqdadır. Hazırda sahələrdə tütünün yığılma prosesi gedir. Uzun müddət müşahidə olunan yağmurlu hava şəraitindən tütünçülük sahələri də öz nəsibini alıb. Yetişən tütünün yarpaqlarında çürümələr var.

İndiyədək rayon üzrə 2765 ton tütün təhvil verilib və bu proses davam etdirilir. Rayonda 331 hektar sahədə tütün əkini həyata keçirilib. Növbəti illərdə sahələrin artırılması planlaşdırılır. Əsasən tütünün ətirli “Virciniya “ növü əkilir. Əkilən tütün 3 növdə, əla, 1-ci və 2-ci növ olaraq təhvil verilir. Hazırda yığılan tütün növünə görə 15-25 qəpik arasında tütün istehsalı və emalı müəssisələrinə təhvil verilir.

Hava şəraitinə görə qəbul olunan tütünün 20-25 % qədəri sahələrdə məhv olub. Buna baxmayaraq bu il tütün keçən illərə nisbətən artıq olub.

Havaların təsirinə, vurduğu ziyana baxmayaraq bu fermerləri ruhdan salmır və fermerlər  tütünçülüyü daha da inkişaf etdirmək və sahələrini genişləndirmək niyyətindədirlər.

Mübariz Məmmədov