• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2052
— 03.11.2016 12:08

Hüseynqulu Bağırov Tovuzda vətəndaşları qəbul edib

Tovuzda məktəbin həyətindəki yaşlı, quru ağaclar həm bina, həm də şagirdlər üçün təhlükə yaradır. Ağstafanın Köçəsgər kəndində isə məişət tullantılarının yığılması üçün poliqon yaradılmasına ehtiyac var. Sadalanan məsələlər Tovuzda Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun vətəndaşlarla görüşündə səsləndirilib. Bundan başqa qəbula gələnlər ətraf mühitin mühafizəsi, meşələrin qorunması, geologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqi və s. məsələləri də gündəmə gətiriblər. Tovuz, Ağstafa, Qazaxdan olan vətəndaşların bəzi müraciətləri yerindəcə həll olunub.

Rahim İbrahimoğlu