• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2076
— 02.11.2016 15:14

Şəmkirdə şəhid polkovinikin 40 yaşı qeyd olunub

Aprel döyüşlərində şəhid olan polkovnik Vüqar Yusifovun 40 yaşı doğulub boya baş çatdığı Şəmkir rayonunun Şiştəpə kəndində qeyd olunub.  Mərasimə rayon icra hakimiyyətyinin rəsmləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin zabitləri şəhidin yaxınları və kənd sakinləri qatılıb. Əvvəlcə şəhid polkovinikin məzarı ziyarət olunub. Çıxış edənlər xüsusi təyinatlı qüvvələrin kəşfiyyat rəisi polkovnik Vüqar Yusifovun şərəfli və keşməkeşli döyüş yoluna nəzər yetiriblər.  Yusifov Şiştəpə kəndində orta məktəbi bitiridikdən sonra Türkiyə Respublikasında Ali Hərbi məktəbə daxil olub. Hərbi təhsili uğurla başa vuran Şəmkirli sonradan ölkəmizin Silahlı Qüvvələrinin sıralarına qatılıb. Xüsusi təyinatlı qüvvələrin qrup komandiri,tabor komandiri,alay komandiri,briqada komandiri,qüvvələrin kəşfiyyat rəisi kimi, xidmət etdiyi dövürlərdə 100-dən cox əməliyyata rəhbərlik edib. Düşmənin saysız-hesabsız canlı qüvvəsin məhf edən Vüqar aprel döyüşlərindən öncə martın 17-də ermənilərin hava hücumdan müdafiə qüvvələrinə məxsus baterayanı sıradan çıxarıb. Polkovnikin sonuncu döyüşü aprel ayının 4-də Tər-tər rayonunun Talış yüksəkliyi olub. Tədbirdə məktəblilərin hazırladığı “Səni Unutmamalıyıq”  ədəbi bədii kompazisyası iştirakçılarda vətənə sevgi ruhunu bir qədər də artırıb.

Nürəddin Yusifov- şəhidin atası: "Mən Vüqarla fəxr edirəm. O tək mənim deyil bütün Şiştəpə kəndinin eləcədə Azərbaycanımızın övladıdır. Vüqar daim öz peşəsini sevib. Onun göstərdiyi şücayətlər hamının qəlbində yaşayacaq. Bütün kənd sakinləri Vüqarla qürur duyur".

Natiq Hüseyn