• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1835
— 02.11.2016 15:03

Ağstafanın Qarayazı qəsəbəsinə təbii qaz verilib

125 abonenti olan qəsəbəyə mavi yanacaq çəkilən 13 km-dən artıq borularla verilib. Ucqar yaşayış məntəqəsində qazın yanması 25 illik həsrətə son qoyub. 

Qarayazı Ağstafanın qazlaşdırılan 29-cu yaşayış məntəqəsidir. 4 kənddə - Muğanlı, Sadıqlı, Böyük Kəsik və Ağgölə də mavi yanacağın verilməsi ilə Ağstafanın qazla təminatı yekunlaşacaq. 

Ağstafada qazdan istifadə edən abonentlərin sayı 14 mindən çoxdur.

Rahim İbrahimoğlu