Bu günə xəbərlərin oxunma sayı: 1116
— 02.11.2016 09:57

Şkoda Oktavia yeniləndi

Krossoverlərin populyarlığına və Kodiaq modelinin səs-küylü təqdimatına baxmayaraq, Şkoda hələ də özünün əsas modeli kimi Octavianı görür. Bu bestsellerin aktuallığı restaylinqdən sonra bir daha özünü göstərdi. Octavia Şkodanın ən çox satılan avtomobili olsa da, model ili 2017 olan yenilənmiş liftbeki çexlər heç böyük təqdimatla da göstərməyiblər. Yenilik, Kodiaq krossoverinin motivləri əsasında hazırlanmış əsas işıqlı ikiqat faralarına görə seçilir. LED ön optika seçimə görə quraşdırılır və bi-ksenon faraları əvəzləyir. Yüngül dəyişiklik hər iki bamperə öz təsirini göstərib. Yeni görkəm üçün arxa fənərlərin daxili qrafikası təzələnib və yüngül lehimli 16 düymlük disklər bərkidilib. Octavia-ın interyer dizaynı əvvəlki kimi qalıb, ancaq daha yüksək səviyyəli komplektasiyada 9,2 düymlük taçskrini olan Columbus multimedia sistemi quraşdırılıb. Burada idarəetmənin fiziki düymələri gözə dəymir. Şkoda liftbeki Superba modelindən bir sıra təhlükəsizlik və sürücüyə dəstək sistemləri ilə də təmin olunub. 84 at güclü 1 litrlik benzin və 2 litrlik 184 at güclü dizel motorlardan biri yeni Octavianın kapotu altında ola bilər. Transmissiya üçün isə 6 pilləli mexaniki və 7 pilləli robotlaşdırılmış sürət qutusu təklif olunur. Tam ötürücülü gücləndirilmiş Octavia RS 2017-ci ildə bazarlarda peyda olacaq.

 

Cavanşir Məmmədzadə