• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1683
— 31.10.2016 14:39

Göygöldə bu qış 8000 abonentin elektrik sarıdan problemi olmayacaq

Yenidən qurulan 35\6 kilovatlıq yarımstansiya rayon mərkəzi ilə yanaşı Yeni Əlibayramlı, Murovdağ, Topal Həsənli və Üçbulaq kəndlərinin əhalisini dayanıqlı enerji ilə təmin etməyə hesablanıb. Yarımstansiyanın iş qabiliyyəti artıq mütəxəssislər tərəfindən sınaqdan keçirilib və müsbət rəy alınıb. Noyabrın 15-nə kimi yenilənən qurğu istifadəyə verilməlidir. Qış mövsümündə aylıq 9 milyon kv.saat elektrik enerjisi sərf olunan rayonun bəzi kəndlərində mavi yanacağın olmaması elektrik enerjisinə olan təlabatı artırır. Bu, nəzərə alınaraq 20 min abonentin olduğu Göygöldə 26 transformator, 400 dirək və 5 min metrdən artıq elektrik xətləri yenisi ilə əvəz olunub. 

Elman Priverdiyev- Göygöl Elektrik Şəbəkəsinin baş mühəndisi: “Əlbəttə, əvvəlki avadanlıqlarda çox çətinliklərimiz olurdu. Tutaq ki, xətlərdə hər hansısa bir qısaqapanma olurdursa, biz açarların yenidən vurulmasında, düzəldilməsində əziyyət çəkirdik, bizə çox çətinliklər törədirdi. Hazırda həmin avadanlıqlar xaricdən gətirilən avadanlıqlarla təmin olunub. Görülən işlər işimizin asanlaşmasına səbəb olacaq”. 

Elton Cabbarlı