Bu günə xəbərlərin oxunma sayı: 1265
— 30.10.2016 13:07

Yeni qərarlar yeni imkanlar yaradacaq

Ötən il fevralın 21-də Mərkəzi Bank Azərbaycan milli valyutanın devalvasiyasını həyata keçirərək 1 Azərbaycan manatının rəsmi məzənnəsinin 1.05 ABŞ dollarına bərabər olduğunu elan etdi. Dekabr ayında isə manatın dollara nisbətdə 47 faizdən çox ucuzlaşdı, bundan sonra bazarlarda ərzaq məhsullarının, xüsusilə xaricdən idxan olunan malların qiymətində kəskin artım müşahidə olundu.  Ardınca Nazirlər Kabineti (NK) tərəfindən yerli istehsalın stimullaşdırılması məqsədi ilə idxal olunan ərzaq məhsullarına yeni gömrük rüsumları müəyyənləşdirildi. Yeni qərarının yeni  imkanlar yaradacağı istisna olunmur. Yerli istehsalın genişləndirilməsinə zəmin yaranacağı,  daha da yeni sahələrin yaranacağı ehtimalı var...

Azərbaycanda qeyri-neft sektoruna, xüsusilə kənd təsərrüfatı mallarının inkişafına diqqətin artırılması ilə bağlı addımlar atılır. Nazirlər Kabineti (NK) tərəfindən yerli istehsalın stimullaşdırılması məqsədi ilə idxal olunan ərzaq məhsullarına yeni gömrük rüsumlarının müəyyənləşdirilməsi elə bu addımlardan biridir. Nazirlər Kabinetinin qərarı  ilə ev toyuğu, yumurta, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva, xurma, meyvə şirələri, spirtli içkilər üçün müəyyənləşdirilən yeni yüksək gömrük idxal rüsumlarına görə Azərbaycana idxal edilən 1 kq ev toyuğu əti üçün 1 dollar, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar, 1 kq soğan üçün 0,2 dollar, 1kq xiyar üçün 0,2 dollar, 1 kq qoz-fındıq üçün 1,5 dollar, 1 kq üzüm üçün 0,4 dollar, 1 kq alma , armud, heyva üçün 0,3 dollar, 1 kq xurma üçün 0,3 dollar gömrük idxal rüsumu nəzərdə tutuldu. O cümlədən meyvə şirələrinin, spirtli içkilərin 1 litri üçün 0,7 dollardan az olmamaqla gömrük idxal rüsumu alınması kənardan gətirilən məhsulların birbaşa dəyərinə təsir edən amillərdəndir. Mütəxəssislərin sözlərinə görə, yeni qərar imkan yaradacaq ki, yerli istehlak genişləndirilsin, daha da yeni sahələr yaransın. Sözsüz ki, istehlakçılar üçün qiymətlərin qalxması amili ilə rastlaşacaqlar.

 Bazarda ərzaq məhsulları alarkən tərtibat, dizayn baxımından kənardan gətirilən məhsullar daha cəlbedici və ucuz olsa belə yerli məhsullara üstünlük verənlər də az deyil.

Rəsmilər qərarın yerli istehsalın stimullaşdırması məqsədilə verildiyini deyir. Atılan addımlar Azərbaycanda valyuta ehtiyatlarını qorumaq, kənardan gələn sağlamlıq üçün təhlükəli olan, mənşəyi məlum olmayan məhsullardan,yerli kənd təsərrüfatı məhsullarının qiymətinin qorunması üçündür.

Yerli kənd təsərrüfatı məhsullarının maya dəyərinin kənardan gətirilən ərzaq məhsulları ilə olan  kəskin qiymət  fərqi istər- istəməz alıcıların keyfiyyətə yox, kəmiyyətə üstünlük verməsi ilə nəticələnirdi...

Görülən bu tədbirlər sahibkarlara yerli məhsullarının satışı üçün stimul yaradır. Mütəxəssislər Azərbaycanda quşçuluq və meyvə-tərəvəz sahəsində istehsalı genişləndirmək mümkün olduğunu bildirsələr də bunun üçün müəyyən qədər vaxt və həmin zamana qədər isə qiymət siyasətində problem yaranmamasına çalışmaq lazım olduğunu da istisna etmirlər. Digər tərəfdən sahibkarların işini asanlaşdıran əsas amillərdən biri isə vahid məlumat bazasının yaradılmasıdır ki, bu da istənilən fermerə internet saytlarından vahid qiymətlər haqqında məlumat əldə etməsinə imkan yaradlır.  

Bir sözlə, butün bu işlər daxili istehsalçıların təsərrüfatlarını daha da genişləndirmək stimulunun yaradılmasına hesablanıb.

Aidə Ramizqızı