• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1585
— 29.10.2016 17:23

Bayram Səfərov: “ATƏT-in Minsk Qrupunun fəaliyyətini cüzi sayıram”

“Mən ATƏT-in Minsk Qrupunun səylərini o zaman faydalı adlandıra bilərəm ki, Qarabağıma, doğma Şuşama qayıdım. Nə qədər ki, bu baş verməyib, mən onların fəaliyyətini cüzi sayıram”. ARB-yə müsahibəsində Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov həmsədrlərin regiona səfərini bu cür şərh edib. Şuşanın icra başçısı səfərin ardından cəbhə xəttindəki gərginliyə də münasibət bildirib.

Bayram Səfərov- Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri: “Ermənilərin növbəti təxribatıdır və heç bi məna daşımır. Onlar bunu sülh danışıqlarını pozmaq üçün edirlər. Dünya ictimaiyyəti də bilir ki, Azərbaycan ordusu bu dəfə əks hücuma keçsə, demək biz torpaqlarımızı azad etməyə gedirik. Erməni bunu anlamalı və bilməlidir”.

Bayram Səfərov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Zalberin Azərbaycana səfəri və keçirdiyi görüşlərdən də danışıb.

Bayram Səfərov- Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri: “Yenilik yoxdur, ikili standart həmişəki kimi görünür. Və biz tələblərimizi onların qarşısında qoymuşuq. Biz doğma torpaqlarımıza qayıtmalıyıq, erməni işğalçıları da bizim torpaqlardan çıxmalıdır. Amerikadan bir tərəfdən deyirlər, bunlar da onların sözlərini dəstəkləmək istəyirlər”.

Fərid Mehdizadə