• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1415
— 29.10.2016 15:31

Gəncədə Türkiyənin Cümhuriyyət günü qeyd olunub

İki ölkənin qardaşlığı daimidir, xalqların mənafeyinə xidmət edir, dövlət başçılarının mehriban münasibəti isə Türkiyə-Azərbaycan münasibətlərini sarsılmaz tellərlə bir-birinə bağlayır. Türkiyənin Cümhuriyyət elan edilməsinin 93-cü ildönümü münasibətilə Gəncədəki Baş Konsulluq tərəfindən keçirilən rəsmi qəbulda söylənən fikirlərin əsas qayəsini məhz bu təşkil edib. Ziyafətdə tarixi köklərə söykənən strateji tərəfdaşlığın iqtisadi səmərələrindən danışılıb, müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə olunub.

Fərid Mehdizadə