• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1683
— 29.10.2016 13:45

Gəncədə gənclərə xalça üzərində olan elementlərin mənası aşılanıb

"Xalçaçılıq sənətini yaşat və təbliğ et" pilot layihəsinin bağlanış tədbirində bu missiyanı xalçaçı rəssam Tariyel Bəşirov yerinə yetirib. Xalçanın yaranma texnologiyası, ərişin vurulması kimi gəncləri maraqlandıran digər məsələlər də öyrədilənlər sırasında olub. İştirakçı gənclərin Azərbaycan Xalça Müzeyini ziyarət və sertifikat əldə etmək imkanı var.

Fuad Rəsul- Azərbaycan Xalça Muzeyinin mətbuat xidmətinin rəhbəri: “Tədris proqramı zamanı - bir ay müddətində 300-dən çox gənc layihəmizdə iştirak edib. Qürur hissi ilə deyə bilərik ki, həmin gənclər bizə çox həvəslə qoşulublar”.

Milli irsin yaşadılması, təbliği, sovet dövründə pozulan xalça ənənəsinin bərpası məqsədilə reallaşan layihə Şəmkir, Tovuz, Qazax, Ağstafada davam edəcək. Azərbaycan xalçaçılıq sənəti daha sonra ölkənin bütün şəhər və rayonlarında, eləcə də soydaşlarımızın sıx məskunlaşdığı Gürcüstanın Marnauli şəhərində təbliğ olunacaq. 

Tariyel Bəşirov- xalçaçı-rəssam: “Gələcəkdə gənclərimiz xarici ölkələrdə olacaqlar. İstəyirik ki, orada Azərbaycan xalçasını görəndə tanısınlar. Tanıya bilmirlər, əgər təbliğat aparsaq tanıyarlar. Biz istəmirik ki, onlar xalçaçı olsunlar, sadəcə xalça üzərində olan elementlərin mənasını bilsinlər. Azərbaycan xalçaları rəngilə də seçilir. 4 bölgəmizin hərəsinin öz koloriti var.

Xəyalə Mürsəl