• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1699
— 26.10.2014 15:34

Sürücü 41 baş qoyunu tələf etdi

Gecə saatlarında Bakı-Qazax avtomagistralının Ağstafa rayonunun Qırlı kəndi ərazisində sürətlə idarə olunan "Hyundai" markalı avtomobil kənd sakini Zaur Məsiyevə məxsus olan 41 baş qoyunu vurub. Qəza zamanı 21 baş qoyun tələf olub. Bu zaman heyvanları digər tərəfə keçirməyə cəhd edən Bəxtiyar Məsiyev isə ayağından xəsarət alıb. Qeyd edək ki, iri və xırdabuynuzlu heyvanların tələf olması ilə nəticələnən bu cür qəzalar magistral yolda tez-tez baş verir.